Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İdman həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir.

6 mart tarixində təşkil olunan tədbirlər çərçivəsində şagirdlərin sağlam həyat tərzinə marağının artırılması, fiziki fəallığının təşviqi və idmana olan diqqətin gücləndirilməsi məqsədilə müxtəlif maarifləndirici və idman yönümlü fəaliyyətlər həyata keçirilmişdir.

Keçirilən tədbirlər zamanı şagirdlər arasında esse və təqdimat müsabiqələri təşkil olunmuşdur. Şagirdlər sağlam həyat tərzi, idmanın insan həyatındakı rolu və fiziki aktivliyin əhəmiyyəti mövzularında çıxış edərək öz fikirlərini bölüşmüş, hazırladıqları təqdimatları nümayiş etdirmişlər.

Tədbirin sonunda fəallıq göstərən və fərqlənən şagirdlər mükafatlandırılmış, onların nailiyyətləri yüksək qiymətləndirilmişdir.

Qeyd edək ki, “İdman həftəsi” çərçivəsində təşkil olunan bu cür tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və fiziki aktivliyin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə dəstək göstərməkdir.