“Şən estafetlər” yarışının rayon turu keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü, rayon (şəhər) təhsil sektorları və ümumi təhsil müəssisələrinin təşkilatçılığı ilə 30 sentyabr 2026-cı il tarixində 7–13 yaşlı şagirdlər arasında “Şən estafetlər” əyləncəli-idman yarışının rayon turu keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtının səmərəli və maraqlı təşkil edilməsi, sağlam həyat tərzinin və kütləvi idmanın təşviqi, eləcə də şagirdlərdə komanda ruhunun, qarşılıqlı əməkdaşlıq və dəstək, çevik qərarvermə bacarıqlarının formalaşdırılmasıdır.