Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektoru tərəfindən ümumi təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüş keçirilmişdir.
Görüşdə şagird təhlükəsizliyi, davamiyyət, istedadlı şagirdlərin aşkara çıxarılması, olimpiada və müsabiqələrə hazırlıq, şagird yerdəyişməsi prosesinin tənzimlənməsi, xüsusi hallar və s. cari məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı tapşırıqlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #müəllim





Yeni Şərh