Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Peşə təmayüllü sinif şagirdləri tərəfindən 3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar aksiya həyata keçirilmişdir. Məktəbin peşə təmayüllü sinifinin qənnadçı ixtisası üzrə təhsil alan şagirdləri özlərinin hazırladıqları şirniyyatları məktəbin daxilində satışa çıxarıblar.

Bu satışdan əldə olunan gəlir isə məktəbin səkkizinci sinfində evdə təhsilə cəlb olunmuş və sağlamlıq imkanları məhdud olan Zeynəb Balakişiyevanın müalicəsi üçün ona təqdim edilib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ