Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhəri Zaur Cəfərov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin V sinif şagirdi, Banu Əfəndiyeva Bakıda keçirilən Beynəlxalq "Fermat" Riyaziyyat Olimpiadasında gümüş medala layiq görülmüşdür. O, Vyetnamda keçiriləcək Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

Qeyd edək ki, Banu Əfəndiyeva ötən tədris ilində Bakıda keçirilən Beynəlxalq FİSO Riyaziyyat Olimpiadasında qızıl medala, Dubay şəhərində keçirilən Riyaziyyat Olimpiadasında isə bürünc medala layiq görülmüşdür.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ