"İnşa yazı" müsabiqəsi keçirildi

Siyəzən Rayonu üzrə Təhsil Sektoru və Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə şagirdlər arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "İnşa yazı" müsabiqəsi keçirilmişdir.

Müsabiqədə iştirak edən şagirdlər Ulu Öndərin həyat və fəaliyyətinə dair düşüncələrini, onun xalqımız və dövlətimiz naminə gördüyü misilsiz xidmətləri böyük vətənpərvərlik hissi ilə qələmə almışlar.

Bu təşəbbüs məktəblilərdə Heydər Əliyev irsinə marağın artırılması və vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyır.

Gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsi və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyan bu müsabiqə, fərqlənən şagirdlərin təltif edilməsi ilə başa çatmışdır.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ #HeydərƏliyev