Şabranlı stolüstü tennisçilər ölkə birinciliyində yüksək nəticələr əldə etdilər

28–31 may tarixlərində Bakı şəhərində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə 13 yaşadək oğlan və qızlar arasında stolüstü tennis üzrə ölkə birinciliyi keçirilmişdir.

Yarışda Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu Uşaq-gənclər idman şahmat məktəbinin tennisçiləri uğurla iştirak edərək yüksək nailiyyətlər qazanmışlar. İdmançılarımız ümumilikdə 10 medal əldə etmiş, onlardan iki nəfər – Babayev Vaqif və Muradov Zərbah – Avropa birinciliyinə vəsiqə qazanmışdır.

Yarışın nəticələrinə əsasən:

Babayev Vaqif – şəxsi yarışda I yer

Qoşa oğlanlar – iki dəfə I yer

Muradov Zərbah – şəxsi yarışda II yer

Qoşa qarışıq – I və III yerlər

Kamilov Həzrət – qoşa qarışıqda I yer

Qoşa oğlanlar – III yer

Babayev Yunis – qoşa oğlanlarda III yer

Banluyeva Minəxanım – qoşa qarışıqda III yer

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ