Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup müəllim və şagird heyəti 12 Aprel – Kosmonavtika Günü ilə əlaqədar "Elm Muzeyi"nə ekskursiya etmişdir.

1961-ci ildən etibarən, aprel ayının 12-si bəşər tarixində ilk dəfə kosmosa uçuşun gerçəkləşdiyi gün kimi – Kosmonavtika Günü olaraq qeyd olunur. Həmin gün Yuri Qaqarin 12 aprel 1961-ci ildə Baykonur kosmodromundan start götürərək "Vostok" kosmik gəmisi ilə uğurla kosmosa uçuş həyata keçirmişdir. Bu tarixi hadisə insanlığın kosmosa çıxışı yolunda mühüm mərhələ olmuşdur.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ