Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Fəaliyyət Planı"na uyğun olaraq, 20 noyabr - 20 dekabr tarixləri kimya, biologiya və fizika fənn aylıqları çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Siyəzən rayonu Böyük Həmyə kənd tam orta məktəbində biologiya və kimya fənləri üzrə IX sinif şagirdləri arasında "Elm dünyasına səyahət"adlı intellektual bilik yarışı təşkil edilib.

Yarışda qalib gəlmiş komanda diplom və kubokla təltif olunub.

Belə yarışların əsas məqsədi şagirdlərin elmə marağını artırmaq, onların analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ