14 yanvar "Məntiq Günü" ilə əlaqədar "Rəngarəng məntiq" adlı yarış təşkil edilmişdir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu üzrə təhsil sektoru, "Məntiq Günü" ilə əlaqədar "Rəngarəng məntiq" adlı yarış təşkil etmişdir.
Yarışın I mərhələsində Xaçmaz rayonu üzrə 7 ümumtəhsil məktəbinin komandaları iştirak etmiş və onlardan 4-ü II mərhələyə keçmək hüququ qazanmışdır.
Final mərhələsində Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi I yeri, Xudat şəhəri İbrahim Məlikov adına 5 nömrəli ümumi orta ümumtəhsil məktəbi isə II yeri qazanmışdır.
Yarışda qalib gəlmiş komandalar kubok və təşəkkürnamə ilə mükafatlandırılmışdır.





Yeni Şərh