"RİYAZİYYAT DAHİLƏRİ" MÜSABİQƏSİ KEÇİRİLİR
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında "Riyaziyyat dahiləri" müsabiqəsinə start verilmişdir.
İlk olaraq, 18 fevral 2025-ci il tarixində Xaçmaz rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında müsabiqənin rayon mərhələsi təşkil olunmuşdur.
Rayon mərhələsində Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası I yer, Xaçmaz şəhəri İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası II yer, və Xaçmaz rayonu Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin komandası III yerə layiq görülmüş və "Riyaziyyat dahiləri" müsabiqəsinin final mərhələsinə çıxış hüququ əldə etmişlər.
Yeni Şərh