📌 İcma əsaslı məktəbəqədər təhsil modeli genişlənir

📍 2018-ci ildən etibarən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ucqar və əlverişsiz, məktəbəqədər təhsil müəssisəsi olmayan ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığını təmin edən alternativ model kimi fəaliyyət göstərir.

🎯 Layihənin əsas məqsədi məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməklə bağça yaşlı uşaqların 4 inkişaf sahəsinin inkişafını təmin etmək, erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor hərəkətləri və intellektual bacarıqlarının yaxşılaşmasına dəstək göstərmək, həmçinin onun məktəbdəki akademik göstəricilərinin yüksəldilməsinə və növbəti təhsil pillələrinə daha yaxşı hazırlanmasına zəmin yaratmaqdan ibarətdir.

👥 Layihə eyni zamanda bölgələrdə qadınların məşğulluğunun artırılmasına, icma mədəniyyətinin formalaşmasına, valideyn-məktəb əməkdaşlığının möhkəmləndirilməsinə və ailələrin təhsil prosesinə fəal qoşulmasına da töhfə verir.

📊 Hazırda layihə ölkə üzrə 58 rayon və şəhərdə həyata keçirilir. 885 icma mərkəzində təşkil olunmuş 1177 qrupda 1042 nəfər tərbiyəçi-müəllim fəaliyyət göstərir. Bu model vasitəsilə ümumilikdə təxminən 19 000 nəfər bağça yaşlı uşağın məktəbəqədər təhsilə cəlbi təmin olunub.

🔄 Layihənin əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

#MÜTDA #EduAz #MəktəbəqədərTəhsil #İcmaƏsaslıTəhsil