Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə Fəaliyyət Planı"na uyğun olaraq, 20 noyabr - 20 dekabr tarixləri ərzində kimya, biologiya və fizika fənn aylıqları çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin VII "a" sinif şagirdlərinə "Məişətdə istifadə edilən mühüm kimyəvi birləşmələrin xassələri ilə onların istifadə sahələrinin əlaqələndirilməsi" mövzusunda nümunəvi dərs keçirilmişdir.

Dərsin praktiki təcrübələrlə zəngin olması şagirdlərin marağına səbəb olmaqla, onların mövzunu daha yaxşı qavramalarına kömək etmişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ