2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində şagirdlər arasında bilik yarışı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu münasibətlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu Kərim Kərimov adına Hil kənd tam orta ümumtəhsil məktəbində Qusar rayonu üzrə altı ümumtəhsil məktəbinin komandaları arasında bilik yarışı təşkil olunmuşdur.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, Kərim Kərimov adına Hil kənd tam orta ümumtəhsil məktəbinin komandası I yerə, Piral kənd tam orta ümumtəhsil məktəbinin komandası II yerə, Girik kənd tam orta ümumtəhsil məktəbinin komandası isə III yerə layiq görülmüşdür.
Qalib komandalar diplom, medal və kubokla təltif edilmişdir.
Yeni Şərh