Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında keçirilən Avropa birinciliyi başa çatmışdır.
Final mərhələsi uğrunda mübarizədə Azərbaycan millisinin heyətində 22 idmançımız iştirak edib. Onlardan 13-ü həlledici görüşdə iştirak hüququ qazanıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdləri Tunca Mürşüdova və Xumar Cəfərli görüşdə iştirak hüququ qazanmışdır.
Şagirdlərimiz Tunca Mürşüdova 42 kq çəki dərəcəsində Avropa ikincisi olaraq
gümüş medal, Xumar Cəfərli isə 70 kq çəki dərəcəsində Avropa üçüncüsü olaraq
bürünc medal qazanıb.
Şagirdlərimiz təbrik edir, uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #AzərbaycanBoksFederasiyası #AzerbaijanBoxingFederation #TeamAze
Yeni Şərh