12 may 2025-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbir Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran Rayon uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı, Şabran Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə Gənclər və İdman Sektorunun dəstəyi ilə təşkil olunub.
Tədbir çərçivəsində əvvəlcə uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvlərinin hazırladıqları rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, daha sonra şagirdlər tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #HeydərƏliyev #KonstitusiyavəSuverenlikİli
Yeni Şərh