Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə start verilir.
Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, eləcə də rəqəmsal savadlılığın artırılmasıdır.
Layihə çərçivəsində “Aztelekom” mütəxəssisləri tərəfindən ölkə məktəblərində şagird və müəllimlər üçün şəxsi məlumatların qorunması, onlayn təhlükəsizlik və məsuliyyətli internet istifadəsi mövzusunda interaktiv təlimlər keçiriləcək.
Yeni Şərh