“Əlaçı” intellektual oyununun 24-cü mövsümünün seçim turu təşkil olunub.
Aprelin 25-də ölkənin müxtəlif regionlarını əhatə edən ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdlərinin iştirakı ilə “Əlaçı” intellektual oyununun 24-cü mövsümünün seçim turu keçirilib.
Bakı, Gəncə, Quba, Şəmkir, Salyan, Lənkəran, Sumqayıt, Şamaxı, Bərdə, Mingəçevir, Sabirabad və Şəki şəhərlərində təşkil olunan seçim turunda ümumilikdə 3000-dən çox məktəbli iştirak edib.
Turun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən 144 nəfər iştirakçı aprel ayında İctimai Televiziyada yayımlanacaq “Əlaçı” verilişinin çəkilişlərində iştirak edəcək.
Qeyd edək ki, intellektual oyunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə dərin biliklərə malik, intellektual potensialı yüksək olan gəncləri üzə çıxarmaq, məktəbliləri bu sahəyə maraq göstərməyə həvəsləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yeni Şərh