“Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

Aprelin 5-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan IX sinif şagirdləri arasında "Əlaçı" televiziya layihəsində iştirak etmək üçün seçim mərhələsi keçirilmişdir.

Müsabiqədə region üzrə ümumilikdə 150 şagird iştirak etmişdir.

Müsabiqənin yekunlarına əsasən, ən yüksək nəticə göstərən şagirdlər aprel ayında "Əlaçı" televiziya layihəsinin 21-ci mövsümünün çəkilişlərində iştirak edəcək.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ