Azərbaycan Dillər Universitetində dekabrın 28-də “Azərbaycan dili” platformasının (https://azerbaijani.edu.az/) təqdimat mərasimi keçirilib.

✅ Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıqlarına uyğun olaraq hazırlanan platformanın məqsədi dilimizin öyrədilməsi və sistemli tədrisinin təmin olunması, bu prosesin müasir, interaktiv rəqəmsal resurslar vasitəsilə daha effektiv və əlçatan edilməsi, eləcə də müxtəlif yaş və maraq qruplarını əhatə edən geniş auditoriyaya çatdırmasıdır.

ℹ️ Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla iştirak ediblər.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22717-1

#ElmVəTəhsilNazirliyi #EduGovAz #ADU #AzərbaycanDili #ADU