Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyinin üzvləri və Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin şagirdi Ofeliya Ağayeva “Azeri Open Dance Championship” adlı beynəlxalq rəqs çempionatında uğurla iştirak ediblər.

Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər yarışda iştirakçılar səhnə mədəniyyəti, sinxronluq və bədii təqdimat baxımından yüksək nəticələr göstərərək diplom və medallarla təltif olunublar.

Mərkəzin rəqs dərnəyinin üzvləri və Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin şagirdi Ofeliya Ağayeva yarışmada müxtəlif yaş və rəqs kateqoriyaları üzrə fərqlənərək aşağıdakı nəticələrə nail olublar:

II qrup çıxışında – I yer,

I qrup çıxışında – II yer,

III fərdi çıxışda – 2 I yer, 1 II yer.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ