“Gələcəkdən məktub” layihəsi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin iştirakı ilə “Gələcəkdən məktub” layihəsi uğurla həyata keçirilmişdir.

Layihə çərçivəsində şagirdlər gələcəkdəki özlərinə və ya ailə üzvlərinə məktublar yazaraq duyğu və düşüncələrini səmimi şəkildə ifadə etmiş, həmçinin yazdıqları məktubları səsləndirərək daxili dünyalarını paylaşmışlar.

Bu təşəbbüs şagirdlərin özünüifadə bacarıqlarının inkişafına mühüm töhfə vermiş, onların emosional zəka və özünüdərk səviyyəsinin yüksəlməsinə şərait yaratmışdır. Eyni zamanda, layihə iştirakçıların gələcəyə olan ümid və inamlarının daha da möhkəmlənməsinə xidmət etmişdir.

Qeyd edək ki, hər bir məktub bir ümidin, bir xəyalın və parlaq gələcəyin ifadəsinə çevrilmişdir.