Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də 

Elm və Təhsil Nazirliyi ilə “Google” şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün yeni imkanlar yaradılıb 

“Rəqəmsal məktəb”də qeydiyyatdan keçmiş müəllimlər “Google”un geniş alətlər toplusuna, o cümlədən süni intellekt əsaslı həllərə ödənişsiz çıxış əldə edirlər.  Bu imkanlar müəllimlərin gündəlik işini daha səmərəli təşkil etməyə və tədris prosesini daha interaktiv və zəngin etməyə kömək edir