Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” III Beynəlxalq folklor, rəqs və yaradıcılıq festivalı uğurla keçirilib.
Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan qonaqlarla yanaşı, ölkəmizin müxtəlif bölgələrindən 33 Uşaq-Gənclər İnkişaf Mərkəzini təmsil edən ümumilikdə 248 şagird iştirak edib.
Tədbir çərçivəsində şagirdlərin hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş olunub, müxtəlif rəqs kollektivlərinin milli ruhu əks etdirən rəngarəng çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Festival zamanı “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova və Quba rayonu Uşaq-Gənclər İnkişaf mərkəzinin direktoru Ramin Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən və bu kimi tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan bəhs ediblər.
Festivalın keçirilməsində əsas məqsəd Ulu Öndərin ideyalarını yaşatmaq, milli-mədəni irsimizi təbliğ etmək, istedadlı şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq və milli dəyərlərimizi gələcək nəsillərə ötürməkdən ibarət olub.
Yeni Şərh