“Payız Ekoloji Günü və Yaradıcılıq” tədbiri keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayon uşaq–gənclər inkişaf mərkəzində payız tətili günlərində şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək məqsədilə mərkəzdə “Payızın Rəngləri” adlı açıq hava tədbiri keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərdə yaradıcı düşüncəni gücləndirmək, təbiətə qayğı və ekoloji şüur formalaşdırmaq, sağlam sosial mühit yaratmaq olub.

Şagirdlər payız mövzusunda rəsmlər çəkib, təbii materiallarla kompozisiyalar və dekorativ əl işləri hazırlayıb, ətraf ərazidə təmizlik aksiyasında iştirak ediblər. Fəaliyyətlər zamanı birlikdə çalışma, paylaşma və kollektiv məsuliyyət hissi möhkəmləndirilib.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ