2024-2025-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi işğaldan azad olunmuş əraziləri də əhatə etməklə ölkə üzrə 762 məktəbdə həyata keçirilir. Bu məktəblərdən 230-u layihəyə yeni qoşulub. Cari tədris ilindən layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllimi və 500 mindən çox şagirdi əhatə edir.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd təhsilalanlara alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə hazırlama, komanda ilə iş bacarıqlarını və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.

#MÜTDA #EduAz #RəqəmsalBacarıqlar #Təhsildəİnnovasiya #TexnolojiGələcək #İnnovativTəhsil