💻 “Rəqəmsal məktəb” platformasında valideynlər “Valideyn” kabineti vasitəsilə övladlarının təhsil prosesini yaxından izləyə və onlara dair məlumatlara asanlıqla çıxış əldə edə bilirlər.

📊 Hazırda Bakı şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən “Rəqəmsal məktəb” platformasında “Məktəb sorğusu” bölməsi vasitəsilə valideyn məmnuniyyətinə dair sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirmək, məktəb–valideyn əməkdaşlığını inkişaf etdirmək, fəaliyyətin daha səmərəli təşkilinə dəstək vermək, həmçinin effektiv kommunikasiya imkanlarını genişləndirməkdir.

🌐 Platformadan istifadə etmək üçün valideynlər istənilən cihazdan www.reqemsal.edu.az və ya www.digital.edu.az saytlarına daxil olaraq şəxsi kabinetlərinə giriş edə bilərlər.

#MÜTDA #EduAz #RəqəmsalMəktəb