“Təhsilin mərkəzi, ən vacib iştirakçısı uşaqlardır. Digər tərəflər uşaqların təhsilinin daha yaxşı olması üçün əllərindən gələni etməlidirlər. Uşaqların inkişafı təkcə təhsil müəssisələrinin deyil, bütün cəmiyyətin vacib funksiyasıdır. Bu mənada qarşılıqlı əlaqənin qurulması olduqca vacibdir”.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda səsləndirib.
Nazir bildirib ki, əsas məqsəd uşağı prosesin mərkəzinə yerləşdirərək müzakirələri onun ətrafında və onun maraqları naminə aparmaqdır. Əsas vəzifə uşağın inkişafına müsbət təsir göstərəcək dəyişikliklərə nail olmaqdır.
Ətraflı: https://muallim.edu.az/emin-emrullayev-tehsilin...
Yeni Şərh