“YURD” komandası qalib oldu
Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində müəllimlər arasında Xəmsə milli intellektual oyunu üzrə “Həmrəylik Kuboku” turniri təşkil edilib.
Turnirdə Quba rayonunu Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Ramin Mahmudov, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyinin müəllimi Elməddin Şıxmuradov, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Rövşən Zamanov və Taleh Bəşirov, həmçinin Quba rayonu Oktay Məmmədov adına İkinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Tahir Bilalovdan ibarət komanda təmsil edib.
“YURD” komandası turnirdə uğurla çıxış edərək çempion adını qazanıb. Komandanın üzvü Ramin Mahmudov isə yarışın ən yaxşı oyunçusu üçün təsis edilən “İntellekt cəngavəri” mükafatına layiq görülüb.
Yeni Şərh