“Yay məktəbi” layihəsinə start verildi
Quba-Xaçmaz Regional Təhsil İdarəsi 2025–2026-cı tədris ili üçün “Yay məktəbi” layihəsinin icrasına başlayıb. Layihə idarənin tabeliyində fəaliyyət göstərən 10 ümumi təhsil müəssisəsində həyata keçirilir.
Layihənin əsas məqsədləri:
Şagirdlərin əvvəlki illərdə öyrəndikləri əsas mövzuları təkrar etmək,
Öyrənmə prosesini əyləncəli və yaradıcı fəaliyyətlərlə zənginləşdirmək,
Oyunlar, idman məşğələləri və qrup işləri vasitəsilə motivasiyanı artırmaq.
Bu il “Yay məktəbi” 4-cü, 6-cı və 9-cu sinif şagirdlərini əhatə edir. Layihə 1–12 sentyabr tarixlərində, könüllülük prinsipi əsasında təşkil olunacaq.
Yeni Şərh