Dekabrın 4-də görkəmli kimyaçı alim, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfransın rəsmi açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, AMEA-nın müxbir üzvü, akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva çıxış ediblər.
Yeni Şərh