Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ibtidai siniflər üzrə riyaziyyat fənnini tədris edən müəllimlər üçün “Yuxarı təfəkkürə əsaslanan riyazi tapşırıqların hazırlanması” adlı onlayn təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd şagirdyönümlü təlim prosesinin təmin edilməsi, təfəkkürə əsaslanan tapşırıqların hazırlanması və effektiv öyrətmə-öyrənmə mühitinin formalaşdırılması ilə bağlı müəllimlərin bilik və bacarıqlarının artırılması, onların peşəkar bacarıqlarının təkmilləşdirilməsidir.

Bundan əlavə, şagirdlərin təlim prosesinə marağını artırmaq məqsədilə müəllimlərə onlayn sorğu, viktorina və əyləncəli tapşırıqların hazırlanması qaydaları təqdim edilib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ