Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 59 təhsil müəssisəsinin infrastrukturu yenilənir
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 59 təhsil müəssisəsində infrastrukturun yenilənməsi istiqamətində işlər həyata keçirilir.
Bununla yanaşı, Quba, Qusar və Şabran rayonlarında yeni məktəb binalarının tikintisi davam etdirilir. Belə ki, Quba rayonunun Hacıhüseynli kəndində 528 şagird yerlik, Qusar rayonunun Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binalarının, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik tam orta məktəb binasının tikintisi aparılır.
Görülən işlər çərçivəsində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təminatının yaxşılaşdırılması, yeni məktəb binalarının inşası və mövcud təhsil müəssisələrinin əsaslı təmiri istiqamətində tədbirlər həyata keçirilir.
Təhsil müəssisələrində müasir və əlverişli təhsil mühitinin yaradılması, şagird və müəllimlərin rahatlığı üçün zəruri infrastruktur imkanlarının genişləndirilməsi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əsas prioritet istiqamətlərindən biridir.
Yeni Şərh