5 oktyabr – Beynəlxalq Müəllimlər Günü çərçivəsində açıq dərs təşkil olunub

Beynəlxalq Müəllimlər Günü münasibətilə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova açıq dərs keçib.

Dərs prosesində məktəb-liseyin rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı metodisti Lalə Məmmədova və metodisti Aynurə Taibova iştirak edərək dərsin gedişini izləyiblər.

Sonda dərs barədə fikir mübadiləsi aparılıb. Tədrisin keyfiyyətinin artırılması baxımından bu kimi dərslərin davamlı şəkildə təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ