Direktorların işə qəbulu müsabiqəsinin mərhələ və şərtləri

Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə keçiriləcək: yazılı imtahan və müsahibə.

Qeyd edək ki, müsabiqənin yazılı imtahan mərhələsində namizədlər test və esse yazı imtahanında iştirak edəcəklər.

Test üsulu ilə keçiriləcək ilk hissədə iştirakçılara pedaqogika və metodika üzrə 20, idarəetmə və hüquqi baza, təhsil qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər biri 10 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanını uğurla başa vuran namizədlər esse yazı imtahanına dəvət ediləcək. Burada tələb olunan balı toplayan namizədlər son mərhələ olan müsahibə mərhələsinə keçid hüququ qazanacaqlar.

Müsahibə mərhələsində namizədlərin emosional intellekti, kommunikasiya və komanda qurma bacarıqları, təqdimetmə, liderlik və problem həll etmə qabiliyyətləri qiymətləndiriləcək.

Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!