Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilmişdir.

Keçirilən görüşlərdə IX sinif buraxılış imtahanlarının nəticələri, attestatların verilməsi prosesi, məktəbəhazırlıq qruplarına, I sinfə və X sinfə şagird qəbulu məsələləri müzakirə olunub.

Bununla yanaşı, 2025–2026-cı tədris ili üçün qarşıya qoyulan hədəflər, tədrisin keyfiyyətinin artırılması və idarəetmədə effektivliyin yüksəldilməsi məsələlərinə də toxunulub.

Görüş zamanı müəssisə rəhbərlərinin sualları cavablandırılıb.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ