Gənc Tədqiqatçılar müsabiqəsi keçirildi
16 fevral 2026-cı il tarixində Quba rayonu Bayram Şıxəmirov adına tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında təşkil olunan “Gənc Tədqiqatçılar” müsabiqəsi keçirilmişdir.
Müsabiqədə regionun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən 55 komanda, ümumilikdə 200-dən artıq şagird iştirak etmişdir. Şagirdlər elmi-tədqiqat sahəsində bilik və bacarıqlarını, innovativ və yaradıcı yanaşmalarını nümayiş etdirərək maraqlı və məzmunlu təqdimatlarla çıxış etmişlər.
Tədbirin əsas məqsədi məktəblərdə fəaliyyət göstərən “Kiçik Akademiya”ların üzvlərinin elmi araşdırma, layihə hazırlama və təqdimat bacarıqlarını inkişaf etdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də məktəblərarası əməkdaşlığı gücləndirmək olmuşdur.
Qalib komandalar “Ən aktual təqdimat”, “Ən innovativ təqdimat”, “Ən elmi məzmunlu təqdimat”, “Ən praktik əhəmiyyətli təqdimat” və “Ən yaxşı təqdimat” nominasiyaları üzrə mükafatlandırılacaq, həmçinin I, II və III yerləri tutmuş komandalar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin diplomları ilə təltif olunacaqlar.
Yeni Şərh