“Kiçik Akademiya”ların fəaliyyət göstərdiyi ümumi təhsil müəssisələrinin rəhbərləri ilə hesabat görüşü keçirilib

İyunun 3-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən “Kiçik Akademiya”ların tətbiq olunduğu ümumi təhsil müəssisələrinin rəhbərləri ilə 2024–2025-ci tədris ilinə dair hesabat görüşü keçirilmişdir.

Görüş zamanı il ərzində həyata keçirilmiş fəaliyyətlər, əldə olunmuş nəticələrlə bağlı fikir mübadiləsi aparılmış, növbəti tədris ili üçün “Kiçik Akademiya”ların inkişaf istiqamətləri və qarşıya qoyulmuş hədəflər müzakirə edilmişdir.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ