Azərbaycanda müəllimlərin peşəkar inkişafının sistemli şəkildə dəstəklənməsi məqsədilə Müəllim İnkişaf Portalı istifadəyə verilib.
Qeyd edək ki, Müəllim İnkişaf Portalı hazırda mərhələli tətbiq olunur. İndiki mərhələdə portalda yalnız metodik xidmət göstərilən məktəblər üçün istifadəçi hesabları aktivdir.
Növbəti mərhələlərdə portalın ölkə üzrə bütün ümumtəhsil müəssisələrini əhatə etməsi nəzərdə tutulur.
Müəllim İnkişaf Portalında təqdim olunan əsas funksiyalar və metodik resurslar ödənişsizdir və metodik xidmət çərçivəsində istifadə üçün nəzərdə tutulub.
Ətraflı: https://shorturl.at/JXYU7
#ARTİ #EduAz #ElmVəTəhsilNazirliyi #MüəllimİnkişafPortalı
Yeni Şərh