Məktəblilər arasında intellektual məktəb çempionatı keçirilib
İyunun 6-da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatı təşkil olunub.
VIII–X sinif şagirdlərinin iştirak etdiyi, Bakı şəhəri və regionlarda təşkil olunan çempionatda 122 komandanın tərkibində ümumilikdə 976 əktəbli yer alıb
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual və yaradıcı bacarıqlarının inkişafına dəstək vermək, analitik düşünmə qabiliyyətlərini artırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.
Yeni Şərh