Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi 
31 iyul- 4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 1519 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər növbəti vakansiya seçimi mərhələsində iştirak edə biləcəklər.
Müsahibə mərhələsində iştirak edəcək namizədlərin hər birinə uğurlar arzulayırıq!
#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #MİQ #EduAzİRM #Müəllim #İşəQəbul #MİQ2025
Yeni Şərh