Dekabrın 27-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayonu Xudat şəhəri Telman Fərzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi, Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi və Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü siniflərinin şagirdləri Quba şəhər ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbinin qonağı olublar.

Şagirdlər öz hazırladıqları şirniyyatları təqdim edib və satış yarmarkasından əldə etdikləri gəlirlə internatda təhsil alan şagirdlərə bayram sovqatları hədiyyə ediblər.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ