22 may tarixində 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" və 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər üçün tədbir təşkil olunub.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd inklüziv təhsilə cəlb olunan şagirdlərin sosial adaptasiyasını dəstəkləmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və bayram sevincini bölüşmək olub. Eyni zamanda, uşaqların yaradıcılıq və sosial bacarıqlarının inkişafına diqqətin artırılması, onlara xüsusi qayğı və diqqətin göstərilməsi tədbirin əsas mahiyyətini təşkil edib.
Tədbir çərçivəsində şagirdlər tərəfindən müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub. Əyləncəli və rəngarəng proqram iştirakçılara xoş anlar yaşadıb, uşaqların sevinc və marağına səbəb olub.
Yeni Şərh