Tam orta məktəb layihəsi tətbiq olunacaq təhsil müəssisələri üzrə təbliğat görüşləri keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ilindən etibarən tətbiq olunacaq tam orta məktəb layihəsi ilə bağlı təbliğat görüşlərinə start verilib.
Görüşlərdə rayon təhsil sektorlarının müdirləri, ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdləri, onların valideynləri, eləcə də pedaqoji heyət iştirak edib. Tədbirlər çərçivəsində layihənin məqsədi, təmayül tədris modeli, fənn seçimi, şagird qəbulu və müəllim seçimi prosesi barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıların sualları cavablandırılıb və layihə ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edilib ki, layihə çərçivəsində aşağıdakı ümumi təhsil müəssisələrində 10 və 11-ci siniflər üzrə şagird qəbulu həyata keçiriləcək:
Quba şəhər Tələt Mikayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Qeydiyyat linki: https://l24.im/ilCj2
Xaçmaz şəhər Abamüslüm Səlimov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi
Qeydiyyat linki: https://forms.gle/1U8GbKS9WJvw7rCU9
Siyəzən şəhər Rasim Ramazanov adına 5 nömrəli ümumi orta ümumtəhsil məktəbi
Qeydiyyat linki: https://l24.im/Fl1V
Qusar şəhəri Nemət Məmmədəliyev adına 3 nömrəli tam оrtа ümumtəhsil məktəbi
Qeydiyyat linki: https://forms.gle/8usJL6mnPUv1VEUH8
Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Qeydiyyat linki: https://l24.im/kDmVsW
Xaçmaz rayonu Xudat şəhəri 4 nömrəli məktəb-lisey
Qeydiyyat linki:
Bu təşəbbüsün regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin maraq və bacarıqlarına uyğun təmayül istiqamətlər üzrə inkişafına və ali təhsilə hazırlıq səviyyəsinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Yeni Şərh