Xaçmaz Rayonunda Şagirdlərin Meyvəçilik və Çayçılıq İnstitutuna Ekskursiyası

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayonu Füzuli Yarməmmədov adına Gülalan kənd tam orta ümumtəhsil məktəbinin VII-VIII sinif şagirdləri fizika, kimya və biologiya aylığı çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna ekskursiya ediblər.

Ekskursiya zamanı Molekulyar Biologiya Laboratoriyasının müdiri məktəblilərə institutun tarixi, fəaliyyət istiqamətləri və meyvə bağlarının salınması mövzusunda təlim keçib. Şagirdlər, həmçinin torpaq analizinin aparılması, göbələk və bakteriyaların təyin olunması, bitkilərin çoxaldılması və yetişdirilməsi üsulları ilə bağlı ətraflı məlumat alıblar.

İnstitutun istixana və laboratoriyalarını əyani şəkildə müşahidə edən şagirdlər göstərilən fəaliyyəti maraqla izləyiblər. Onların sualları institutun əməkdaşları tərəfindən cavablandırılıb və görüş böyük maraqla qarşılanıb

#MÜTDA #EduAz #QubaXaçmazRTİ