Zəkaların Mübarizəsi olimpiadasının regional mərhələsində Quba-Xaçmaz Regional Təhsil İdarəsini təmsil edəcək komandaları təqdim edirik.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən ibarət komandalar bu mərhələdə iştirak edəcəklər.
Zəkaların Mübarizəsi olimpiadası Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirililir.
Zəkaların Mübarizəsi olimpiadasının keçirilməsində əsas məqsəd, ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Zəkaların Mübarizəsi olimpaidası IX-XI sinif şagirdləri cəlb olunmaqla məntiq-riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət istiqamətləri üzrə təşkil edilir. Eyni zamanda olimpiada çərçivəsində şagirdlər arasında şahmat turniri də təşkil edilir.
Olimpiada Regional rə Respublika mərhələsindən ibarət olmaqla keçirilir. Olimpiadanın Regional mərhələsinin 15-23 aprel 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulub.
Yeni Şərh