2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında silsilə tədbirlər keçirilmişdir.

Çıxışlarda 2 fevral – Azərbaycan Gəncləri Gününün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanıb, gənclərin təhsildə, ictimai həyatda və dövlət quruculuğunda artan rolundan bəhs edilmişdir. Qeyd olunub ki, dövlət gənclər siyasəti gənclərin potensialının üzə çıxarılmasına və onların hərtərəfli inkişafına geniş imkanlar yaradır.

Tədbirlərdə Uşaq-Gənclər və İnkişaf Mərkəzlərinin yetirmələri tərəfindən ədəbi-bədii proqram təqdim edilmişdir.

Sonda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan və müxtəlif sahələrdə fərqlənmiş gənclər “Gənc nəslin təlim-tərbiyəsində göstərdikləri səmərəli fəaliyyətə və təhsil sahəsində əldə etdikləri nailiyyətlərə görə” Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA