Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 ümumtəhsil məktəbində 8 inklüziv sinif fəaliyyət göstərir.
Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənnləri təmayüllü məktəb-lisey, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli, Qusar şəhər Nemət Məmmədəliyev adına 3 nömrəli və Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəblərində ümumilikdə 12 nəfər şagird inklüziv siniflərdə təhsilə cəlb edilmişdir.
Qeyd edək ki, inklüziv təhsil, uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsini nəzərdə tutur.





Yeni Şərh