Dekabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan elminin inkişafında xidmətlərinə görə təltif edilən bir qrup alimlə görüşüb.
Görüş zamanı nazir Emin Əmrullayev son illərdə elmin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən əsas addımlar, aparılan struktur islahatları, elmi fəaliyyətin stimullaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Yeni Şərh