Quba-Xaçmazı Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə I siniflərə şagirdlərin qəbulu prosesi başladı.
Elektron qeydiyyat prosesində vətəndaşlara kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb.
Əgər vətəndaşlar elektron qeydiyyatdan keçə bilmirsə və ya internet resurslarına çıxış imkanları yoxdursa, onlara yardım məqsədilə alternativ mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən iş günləri saat 10:00-dan 16:00-dək zəruri dəstək göstəriləcək. Bu qruplar qeydiyyat prosesinin həyata keçirilməsində və digər texniki məsələlərdə kömək edəcəklər.
Yeni Şərh